@huseynlicartoon - FƏRİD HÜSEYNLİ

Bir də mənim gözümdən bax... @huseynlistore #huseynlicartoon Sponsorluq və iş təklifləri üçün : 077 270 10 20 (Seymur bəy) Yeni animasiya
https://youtu.be/achhQ7EfIzs
Advertisement
2016-cı il son 138 ilin әn isti keçәn ili idi, 2015-ci il isә ikinci әn isti il, 2017-ci il isә üçüncü әn isti il. Bunları demәkdәki mәqsәdim qlobal istilәşmә faktorunu gözlәrinizin qarşısında canlandırmaq deyildi. Demәkdәki mәqsәdim o idi ki, o qәdәr cәhәnnәm-cәhәnnәm dedik ki, dünyamızı da artıq bir cәhәnnәmә çeviririk. Bu gәmi batmaqda olan bir gәmidir vә biz hamımız bu gәminin içindәyik. Dünya düşünürlәri bu gәmini batmaqdan xilas etmәkçün milyon yollar axtarmaqdaykәn, ekoşәhәr layihәlәri, başqa planetlәrdә yaşayış imkanları vә s, bizlәrsә bu gәminin bir küncündә oturub dindar-ateist davası aparırıq. Ola bilәr ki, bir ateistin bir dindarı yoldan çıxartması, ya da bir dindarın bir ateisti dinә qaytarması sırf hәmin insanın özü üçün böyük bir uğur sayıla bilәr, amma bu bütün insanlıqçün bir heçdәn daha dәyәrsizdir. Yaxın bir neçә onillik ötdükdәn sonra bütün bu davalarımızın bir anlamı qalmayacaq, dәyәrli dostlar. 
Sözüm onda ki, oturub insanlıqçün heçnә ifadә etmәyәcәk ideologiya savaşları aparmaq әvәzinә bu gәmini batırmamaqçün nәsә bir şeylәr etmәyә çalışsaydıq... elә bütün bu faciәlәr dә ideologiya savaşlarımızın nәticәlәri deyilmi ki? Varlı-kasıb, teist-ateist, milli mәnsubiyyәtlәrimiz, irqlәrimiz arasındakı parçalanmaların nәticәlәri deyilmi daha böyük zavodlar, daha çox әtrafı kirlәyәn çox silindirli mühәrriklәr, atom-nüvә sınaqları, savaşlar, terrorlar, tәbiәti qırmaqlar?
Heç nә demirәm, sadәcә google map'dәn Yer kürәsinә bir nәzәr salın, mümkün olduqca yerdәn uzaqlaşdırın ekranınızı. Baxın görün orada nә görünәcәk: sizin o atom sınaqlarınız, varlı-kasıb, dindar-ateist davalarınız, ya hamımızın içindә oturduğu, batmaqda olan vә bizim hәr cәhdimizlә onu daha da ağır vәziyyәtә gәtirmәyә çalışdığımız gәmimiz? Mətn @symr_rc 
Karikatura @huseynlicartoon 
#huseynlicartoon #Bakı #Azərbaycan #Azerbaijan #Baku #FəridHüseynli #Türkiye #aztagram #karikatura #karikatür #caricature #cartoon #Mizah #illustration
FƏRİD HÜSEYNLİ - @huseynlicartoon Instagram Profile - inst4gram.com
huseynlicartoon
39

2016-cı il son 138 ilin әn isti keçәn ili idi, 2015-ci il isә ikinci әn isti il, 2017-ci il isә üçüncü әn isti il. Bunları demәkdәki mәqsәdim qlobal istilәşmә faktorunu gözlәrinizin qarşısında canlandırmaq deyildi. Demәkdәki mәqsәdim o idi ki, o qәdә

İnsanların gәlәcәyini tәyin etmәkçün mәncә 3 saat, 120 sual vә insanları bir-birilә rәqabәtә soxan neçә bal toplamaq mәsәlәsiylә hәll etmәk düzgün qәrar deyil. Sәthi cәhәtdәn görünәndә ola bilәr ki, әdalәtlidir, ancaq  düzgün deyil. Çünki, әdalәt qavramının özü çox nisbi anlayışdır. 
İndi әdalәt qavramının nisbiliyini çox adi bir mәsәlәylә izah edim. Keçәn dәfәlәrin birindә bir nәfәrlә tәsadüfәn hәmsöhbәt oldum. 3cü qrupdan çox böyük әziyyәtlә vә 650'dәn yüksәk balla beynәlxalq münasibәtlәr ixtisasına qәbul olub bitirmişdi. İşsiz olduğuna görә super marketlәrdәn birinә fәhlәlikçün cv atdığını dedi. Әvәzindә mәn, 349 balla AzMİU Yerquruluşu, torpaq vә şәhәr kafastrı ixtisasına heç bir әziyyәtsiz qәbul olmuşdum. Hal-hazırda ixtisasım üzrә dә çalışmaqdayam. Yaxşı, bәs әdalәt bunun harasındadır?
Bütün bunları demәkdәki mәqsәdim çox sadәdir - o imtahan elә görünmüş ola bilәr, amma qәtiyyәn insanın taleyini müәyyәnlәşdirmәk iqtidarında deyil. Topladığınız bal gözlәdiyinizin altındadırsa, qәtiyyәn mәyus olmayın! Valideynlәr dә uşaqları çox da sıxışdırmasınlar, hәtta intihara kimi sövq etmәsinlәr. Ola bilәr ki, hәdәf İnformasiya texnologiyaları vә sistemlәri mühәndisliyi idi vә kadastra qәbul ola bildin. Amma o da ola bilәr ki, uşaqlıqdan arzuladığın şey - özünü ifadә etmәk (yazmaq) bacarığını mәhz bura daxil olub tanıyacağın, dost olacağın Fәridin 60 minlik kütlәsinә qarşı kontent yazmaqla nümayiş etdirmәk fürsәti әldә edәcәk, reklam olunacaq vә әn böyük arzun olan yazarlığa qovuşacaqsan... Dәyәrli izlәyicilәr, bu arada youtube kanalımıza yeni hәrәkәtli karikatura (üstәlik sәslәndirmә ilә) yerlәşdirdik vә onun altında çox önәmli bir mәtn var. Tәkcә bizim yaxın әtrafımızdan hәkim sәhviylә qarşılaşmış bir neçә nәfәrin hekayәsi, elә bir neçә müddәt әvvәl  yardım toplamaqçün sizә müraciәt etdiyimiz dәyәrli dostumuz Coşğun Babullazadәnin hekayәsi... Youtube: HUSEYNLİCARTOON

Mәtn @symr_rc 
Karikatura @huseynlicartoon 
#huseynlicartoon #Bakı #Azərbaycan #Azerbaijan #Baku #FəridHüseynli #Türkiye #aztagram #karikatura #karikatür #caricature #cartoon #Mizah #illustration
FƏRİD HÜSEYNLİ - @huseynlicartoon Instagram Profile - inst4gram.com
huseynlicartoon
20

İnsanların gәlәcәyini tәyin etmәkçün mәncә 3 saat, 120 sual vә insanları bir-birilә rәqabәtә soxan neçә bal toplamaq mәsәlәsiylә hәll etmәk düzgün qәrar deyil. Sәthi cәhәtdәn görünәndә ola bilәr ki, әdalәtlidir, ancaq düzgün deyil. Çünki, әdalәt qav

Bu karikaturada eyni anda iki böyük problem öz әksini tapıb:
1. Özünü vor zakon kimi tәqdim edәn bir çox insanın halı vә acizliyi;
2. Azәrbaycan polisinin bekarçılığı. Biz qәribә millәtik cümlәsiylә başlamayım deyә, әvvәla yuxarıdakı sadalananları qeyd etdim, çünki yazılara bu cümlәlәrlә başlamaqdan  mәn artıq çox bezmişәm, amma biz bu qәdәr qәribә olmaqdan bezmәmişik, özümüzdәn dә qәtiyyәn iyrәnmәk kimi bir fikrimiz yoxdur. 
Qanuni oğru nә demәkdir - bunu mәnә kimsә tam olaraq izah edә bilәrmi? Bir şәxsin ki, adında oğru sözü var, ona necә hörmәt edib baş üstünә ucaltmaq olar? Varlılardan alıb kasıblara paylayırmışlar, puah, guya düz edirlәr ki? Kim, hansı haqqla bunu edir? Üstәlik, bu necә kasıblara paylamaqdır ki, әn sonda, әn çox varlanan elә özlәri olurlar? Qәribә millәtik vә biz demoqoqa (haqqını müdafiә edәnә) pis baxdığımız kimi, oğruya da yaxşı baxaraq onsuz da çoxdan belә olduğumuzu sübuta yetirmişik. O qәdәr belә insanlara qibtә etmişik ki, nәticәdә bütün peşә sahiblәri dә onsuz da yaxşı olanlar bu ölkәdә dәyәr görmürlәr, elә isә qoy mәn dә yaxşı olmayım deyirlәr, polislәr dә hәmçinin.
Özünü belәlәrinә özәndirәnlәrә, belәlәrini şәxsәn tanıdıqlarına görә vә belәlәrinin varlıqları ilә fәxr edәnlәrәdir sözüm, deyirәm arada cüzi dә olsa düşünürsüzmü axırımızı görәsәn?

Mətn @symr_rc 
Karikatura @huseynlicartoon 
#huseynlicartoon #Bakı #Azərbaycan #Azerbaijan #Baku #FəridHüseynli #Türkiye #aztagram #karikatura #karikatür #caricature #cartoon #Mizah #illustration
FƏRİD HÜSEYNLİ - @huseynlicartoon Instagram Profile - inst4gram.com
huseynlicartoon
37

Bu karikaturada eyni anda iki böyük problem öz әksini tapıb: 1. Özünü vor zakon kimi tәqdim edәn bir çox insanın halı vә acizliyi; 2. Azәrbaycan polisinin bekarçılığı. "Biz qәribә millәtik" cümlәsiylә başlamayım deyә, әvvәla yuxarıdakı sadalananları

Hələ yay özünü tam göstərməyib,  hələ yandırıb yaxan istilər düşməyib ancaq elə indidən metrolarda nəfəs almaq olmur.  Yayda necə olacaq bilmirəm doğrusu.  Ama bu köhnə qatarlar olmasa yaxşının da qədrini bilmərik deyə düşünürəm.  O ki,  işdən çıxıb yorgun bitkin ölgün halda qatar gözləyəndə,  yeni qatarı görürsən ha,  bax o sevinci heç bir sözlə ifadə eləmək olmur.  Allah bizləri köhnə qatarlardan ən çox da köhnə qatarlardaki tərli və təmizliyinə diqqət etmiyənlərdən saxlasın... #huseynlicartoon #Bakı #Azərbaycan #Azerbaijan #Baku #FəridHüseynli #Türkiye #aztagram #karikatura #karikatür #caricature #cartoon #Mizah #illustration
FƏRİD HÜSEYNLİ - @huseynlicartoon Instagram Profile - inst4gram.com
huseynlicartoon
20

Hələ yay özünü tam göstərməyib, hələ yandırıb yaxan istilər düşməyib ancaq elə indidən metrolarda nəfəs almaq olmur. Yayda necə olacaq bilmirəm doğrusu. Ama bu köhnə qatarlar olmasa yaxşının da qədrini bilmərik deyə düşünürəm. O ki, işdən çıxıb

Molla Nәsrәddin özünün zarafatcıl, hazırcavab xarakteri ilә yaşadığı dövrdә ad qazanmış, daha sonra uydurulan bütün hazırcavablıqla bağlı, gülmәli vә ya zәvzәk hekayәlәr adı ilә birgә nәql edilmişdir.. Bir çox hekayәlәrdә o, hәr kәsin düşüncәsinә әks düşüncәlәr sәrgilәyәn biri olaraq tәqdim olunur. Hәtta rәvayәtlәrdәn birindә nәql edilir ki, onun guya doğuşu da bütün normal doğuşların әksinә-tәrs olmuşdur. Sözümü gәtirmәk istәyirәm dövrümüzün Molla Nәsrәddinlәrinә...
O kәslәrә ki, hәr şeyin әksini düşünmәyә çalışan, guya biliyindәn dolayı özünü mövcud cәmiyyәtә vә onun düşüncәlәrinә aid hiss etmәdiyini deyәn insanlara. Bu sözlәrin sonunda bir hәqiqәt varsa, nә әla, şәrt deyil ki, әgәr bir şeyi çoxluq deyir vә düşünürsә, o hәqiqәt olsun. Ancaq bәzilәri var ki, sırf fәrqlәnmәk adına, populistik düşüncәlәrin әksinә gedәrәk, guya ki, özünün çox ağıllı olduğunu göstәrmәyә çalışır. 
Bәzi mövzular var ki, onlarda birlik nümayiş etdirmәk ağılsızlıq sayıla bilәr, mәsәlәn, hamı tәhsil almırsa, mәn dә birlik nümayiş etdirib tәhsil almayacam. Yox, çalış sәn hamıdan o mövzularda fәrqlәn. Amma bәzi mövzular da var ki, onlarda birlik nümayiş etdirmәk lazımdır. Mәsәlәn, ermәnilәri hamının düşmәn saydığı bir ölkәdә, mәn humanistәm, ermәni dә insandır düşüncәsi kimi düşüncәlәr. Problem ondadır ki, biz bir çoxumuz nә zaman birlik nümayiş etdirmәli, nә zaman birlikdәn ayrılmalı olduğumuzu bilmirik. Obyektiv deyilik. Bir iqtidar yandaşı insanın müxalifәtin hәr çıxışını pislәyib, dövlәtin hәr addımını yaltaqcasına alqışlaşaması, ya da müxalif düşüncәli birinin dövlәt nә edirsә etsin, pislәyib, müxalifәt nә edirsә etsin, tәriflәmәsi kimi... bir çoxumuz belәyik. Sadәcә düzü düz, sәhvi sәhv kimi görmәyi bacarmırıq. Mәn o lәtifәlәrdәn 
Mətn @symr_rc 
Karikatura @huseynlicartoon 
#huseynlicartoon #Bakı #Azərbaycan #Azerbaijan #Baku #FəridHüseynli #Türkiye #aztagram #karikatura #karikatür #caricature #cartoon #Mizah #illustration
FƏRİD HÜSEYNLİ - @huseynlicartoon Instagram Profile - inst4gram.com
huseynlicartoon
14

Molla Nәsrәddin özünün zarafatcıl, hazırcavab xarakteri ilә yaşadığı dövrdә ad qazanmış, daha sonra uydurulan bütün hazırcavablıqla bağlı, gülmәli vә ya zәvzәk hekayәlәr adı ilә birgә nәql edilmişdir.. Bir çox hekayәlәrdә o, hәr kәsin düşüncәsinә әks

Keçәnlәrin birindә çox böyük bir sәhv edib yolumu 20 yanvardan saldım. Niyә bunu çox böyük bir sәhv kimi qәlәmә verdiyimi bir çoxunuz artıq başa düşdünüz. Demәli, torpağım Quba-Xaçmaz tәrәfәdir yolum. Amma taksistin biri elә sәylә mәni Bilәsuvara getmәyә dәvәt edirdi ki, inanın ki, rayona getmәsәydim, mütlәq ki, yolumu Bilәsuvara salacaqdım. Doğrudur, rәylәrinizdәn görürük ki, az-çox sevirsiz bizi, amma bu qәdәr sevildiyimizi bilmirdim vallah. Özümü çox özәl hiss etdim hәmin vaxt. 
Şәkildә gördüyünüz mәnzәrә realdır, Fәridlә mәn yolla gedәrkәn görmüşdük vә Fәrid bunu sәhnәlәşdirmәk qәrarına gәlmişdi. 
Bilirәm, hamı çölә çörәk dalınca çıxır. Mәqsәdi bunu tәmiz yolla etmәk olan hәr kәsi öpüb bağrıma basıram, dilәnmәsinlәr, әsas odur, amma...
Amma çörәyә bu qәdәr hörmәt edib, onu almaqçün qazanılan pula bu qәdәr şәrәfsiz yanaşmanı gördükcә, ürәyi üzülür adamın. Bunun mәdәni, etik tәrәfini bir qırağa qoyduq, çünki mәlum mәsәlәdir ki, millәtimizin böyük kәsiminin әn son gözlәdiyi mәqam budur. Axı yaxında Mәrkәzi Respublika Klinik Xәstәxanası var, orada nә qәdәr xәstә yatır vә nә qәdәrinin sakitçiliyә ehtiyacı var, bunu axı xәstәyaxını olan hamı yaxşı bilir. Hәlә, vallah, şәrәfim, vicdanım haqqı 1 nәfәr qalıb, minirsәn tәrpәnirik deyәn taksistin maşınına minәndә görürsәn e, qalan yox, olan 1 nәfәr elә sәn özün imişsәn, bax onda taksistin sonuncu söyülәn yeri onun elә bayaq üstünә and içdiyi şәrәfi, vicdanı olur.
Çörәyә çıxmaq lazımdır, buna görә әn cılız bir işdә çalışmaq belә ayıb deyil, alın tәri ilә qazanılan hәr çörәk pulu o qәdәr әzizdir ki... amma mәncә, çörәk pulunu qazanmağın bir әdәbi-әrkanı olmalıdır.

Mətn @symr_rc 
Karikatura @huseynlicartoon 
#huseynlicartoon #Bakı #Azərbaycan #Azerbaijan #Baku #FəridHüseynli #Türkiye #aztagram #karikatura #karikatür #caricature #cartoon #Mizah #illustration
FƏRİD HÜSEYNLİ - @huseynlicartoon Instagram Profile - inst4gram.com
huseynlicartoon
20

Keçәnlәrin birindә çox böyük bir sәhv edib yolumu 20 yanvardan saldım. Niyә bunu çox böyük bir sәhv kimi qәlәmә verdiyimi bir çoxunuz artıq başa düşdünüz. Demәli, torpağım Quba-Xaçmaz tәrәfәdir yolum. Amma taksistin biri elә sәylә mәni Bilәsuvara get

Advertisement
Dәyәrli izlәyicilәr, qarşınızda top 5 hәrәkәtli karikaturalar videomuzdur. Sizlәrin o qәdәr çox sifarişlәri olur ki, filan mövzudan da çәkin vә yazın, biz dә әlimizdәn gәldiyincә sizә xidmәt göstәrmәyә çalışır vә әvәzindә sizdәn sadәcә bir şeyi istәyirik, bizi tәbliğ edin. Edin ki, sizin hәr birinizin sәsi әvvәlcә bizim sәsimiz, sonra bütün Azәrbaycanın sәsi olsun. 
Dәstәk olmağa Youtube kanalına abunә olmaqla başlaya bilәrsiniz, mәsәlәn. Çünki, bundan belә bütün animasiya vә hәrәkәtli karikatura işlәri әvvәlcә Youtube kanalımızda paylaşılacaq. Oradakı reaksiyadan asılı olaraq videoları instagramda da bәlkә paylaşacağıq, bәlkә yox. Odur ki, youtube'dakı aktivlik gözlәnilәndәn aşağı olarsa, siz dәyәrli izlәyicilәr onu instagram sәhifәmizdә görә vә şәrhini oxuya bilmәyәcәksiniz. Әdalәtli razılaşmadır fikrimcә. 
Maaşınız azdı, dolana bilmirsiniz, ictimai problemlәr sizi cana yığıb, sabah qaranlıq görünür sizinçün. Biz dә sizin dәrdinizi sәslәndirmәyә çalışırıq.
Odur ki, dәstәyinizi әsirgәmәmәyinizi sizdәn sizin dostunuz, sizin cәbhәnizdәn vuruşan әsgәriniz, sizin xәtrinizi çox istәyәn yaxınlarınız olaraq xahiş edirik!
Youtube: Huseynlicartoon
Möhtәşәm layihәlәrlә youtube üzәrindәn qarşınızda olacağıq! Linkimiz bio'da, sizi orada gözlәyәcәyik 

Mətn @symr_rc 
Karikatura @huseynlicartoon 
#huseynlicartoon #Bakı #Azərbaycan #Azerbaijan #Baku #FəridHüseynli #Türkiye #aztagram #karikatura #karikatür #caricature #cartoon #Mizah #illustration
FƏRİD HÜSEYNLİ - @huseynlicartoon Instagram Profile - inst4gram.com
huseynlicartoon
12

Dәyәrli izlәyicilәr, qarşınızda "top 5 hәrәkәtli karikaturalar" videomuzdur. Sizlәrin o qәdәr çox sifarişlәri olur ki, filan mövzudan da çәkin vә yazın, biz dә әlimizdәn gәldiyincә sizә xidmәt göstәrmәyә çalışır vә әvәzindә sizdәn sadәcә bir şeyi ist

Hәmişә ictimai nәqliyyatlarla bağlı problemlәrdә sәrnişinlәrin üzәrinә yüklәndiyimizin fәrqinә vardım, o problemlәr heç, varlar vә belә görünür ki, hәlә uzun müddәt dә qalacaqlar. Bәs avtobus sürücülәri vә sәrnişindaşıma şirkәtlәrinә nә demәli? Nә benzinin, nә dizelin qiymәtinin artmadığı bir zamanda gediş haqqını qaldıran tarif şurası bunu sәrnişindaşıma şirkәtlәrinin әhaliyә daha yüksәk xidmәt göstәrәcәyi sәbәbilә açıqladı. Lakin, görünәn mәnzәrә odur ki, bu sadәcә vә sadәcә yenә sadә әhalinin cibinә girmәyin bir yolu idi vә çox da yaxşı bacardılar. Yenә hәminki baraxlo (it bağlasan durmayacaq) avtobuslar, hәmin o sürücü vәsiqәsi olmayan vә ya buna yetmәyәn hәmin o sürücülәr. Dәyişәn nә oldu? Cavab: heç nә.
Dәyәrli izlәyicilәr, bәs siz bu haqda nә düşünürsünüz? Bәlkә, mәn yanlışam, hә?

Mətn @symr_rc 
Karikatura @huseynlicartoon 
Diqqət!  Lazımsız reklamlar,  mənasız rəylər,  narahat edən taglara görə səhifəni izləməyənlər üçün rəy bölməsini bağladıq.  Rəy bildirmək üçün səhifəni izləyin. 
#huseynlicartoon #Bakı #Azərbaycan #Azerbaijan #Baku #FəridHüseynli #Türkiye #aztagram #karikatura #karikatür #caricature #cartoon #Mizah #illustration
FƏRİD HÜSEYNLİ - @huseynlicartoon Instagram Profile - inst4gram.com
huseynlicartoon
3

Hәmişә ictimai nәqliyyatlarla bağlı problemlәrdә sәrnişinlәrin üzәrinә yüklәndiyimizin fәrqinә vardım, o problemlәr heç, varlar vә belә görünür ki, hәlә uzun müddәt dә qalacaqlar. Bәs avtobus sürücülәri vә sәrnişindaşıma şirkәtlәrinә nә demәli? Nә be

Advertisement
Gәlinin qır-qızılı, cer-cehizi, hәr iki tәrәfin bir-biriylә vә bütün Azәrbaycanla yarışa çıxmış iddialı toy mәclisi, ifrat israfa qaçmış menyu, özü dә, bütün yeyilәcәklәrin cәmi iki gün sonra Xәzәrin qara sularına qarışacağını bilә-bilә, yenә bir-birlәri ilә yarışa çıxmış çox rәqәmli konvertlәr... yaxşı bәs, yeni qurulmuş Azәrbaycan ailәsinin xoşbәxtliyi bu sadalananların harasındadır? Bütün bunlar xoşbәxtlik gәtirirmi, ya o da iki gün sonra Xәzәrin qara sularına qarışır? Boşanmaların çoxillik şkalası onu göstәrir ki, yox, bunlar xoşbәxtlik gәtirmir, hәtta deyәrdim ki, bәdbәxtlik gәtirir. Bütün bu dәbdәbәnin arxasında durmuş kredit faciәsi çox yeni qurulmuş ailәnin dağılmasına gәtirib çıxarır. Sanki, Azәrbaycanda qurulan hәr ailә hәyata 1-0 geridәn başlayır. Bu hesabı bәrabәrlәşdirmәk bir-iki il alır ki, növbәti qolu bişey-mişey var faciәsi vurur vә yenә 1-0 geridәsәn. Tam hesabı bәrabәrlәşdirәcәyin vaxt, növbәti qolu mәktәb, sonra uşaqları yerbәyer etmәk, onları 1-0 geridәn başladacaq növbәti toy faciәsi... ancaq soyuq bәdәnin torpağa dәydiyi gün anlayacaqsan ki, bu hәyat sәni 7-5 uddu, sәnin yas mәclisin övladına da növbәti qolu vuracaq bu arada. 
Gözәl insan, çoxmu sevirsәn dәbdәbәni, elә isә get gәz, dünyanı, ölkәni gör, yeni insanlar tanı, yeni dostluqlar qur, 5-10 kitab al at evә, ingilis dili kursuna get, proqramları öyrәn, yaradıcılıqla mәşğul ol, siyasәtә baş qoş, sev, sevil... qoy kәnardan baxanlar toyuna yox, xoşbәxtliyinin dәbdәbәsinә hәsәd aparsın. Yoxsa ki, borc qaytarmaqçün o qızılları bir gün lombarda qoyacaqsansa, sәn fәrqindә deyilsәn amma, hәyatından oğurlanan hәr dәqiqә dә Xәzәrin qara sularını biraz-biraz qaraldır

Mətn @symr_rc 
Karikatura @huseynlicartoon 
Diqqət!  Lazımsız reklamlar,  mənasız rəylər,  narahat edən taglara görə səhifəni izləməyənlər üçün rəy bölməsini bağladıq.  Rəy bildirmək üçün səhifəni izləyin. 
#huseynlicartoon #Bakı #Azərbaycan #Azerbaijan #Baku #FəridHüseynli #Türkiye #aztagram #karikatura #karikatür #caricature #cartoon #Mizah #illustration
FƏRİD HÜSEYNLİ - @huseynlicartoon Instagram Profile - inst4gram.com
huseynlicartoon
19

Gәlinin qır-qızılı, cer-cehizi, hәr iki tәrәfin bir-biriylә vә bütün Azәrbaycanla yarışa çıxmış iddialı toy mәclisi, ifrat israfa qaçmış menyu, özü dә, bütün yeyilәcәklәrin cәmi iki gün sonra Xәzәrin qara sularına qarışacağını bilә-bilә, yenә bir-bir

Әhalinin rifah halını nәzәrә alarsaq, Azәrbaycan dövlәtini Avropanın hansısa nüfuzlu şәhәri ilә belә müqayisә edә bilmәrik. Ancaq mәmurların, şirkәt sahiblәrinin davranışlarını nәzәrә alanda deyә bilәrik ki, Avropanın әn nüfuzlu dövlәtlәrinin prezidentlәrini ölkәmizin hәtta icra hakimlәri ilә yarışdıra bilmәrik. Qutunun içindә qutu effektidi sanki. 
Bu ölkәdә insanların sadәlik, xalqı düşünmәk anlayışı yumşaq yerlәri kreslo rahatlığını görәnә kimidir sanki. Kimәsә balaca bir vәzifә, lap elә hansısa önәmsiz bir rayonda icranın önәmsiz bir şöbәsinin önәmsiz bir müdir müavini vermәyinә bәnddir elә bil. Elә bil insanlarda deyil, kreslolarda nәsә problem var. Ora oturan әvvәlkindәn daha bәtәr, daha qaniçәn olur. Onlar kreslonu deyil, kreslo onları dәyişir. Dünәnә kimi xalq belә gәldi, rifah belә getdi deyәnlәr gözlәrinә hәqiqәt işıqlarını sındırıb yumşaldan eynәk taxdılar ki, bitdi dә hәr şey. Bizim millәtdәn yaxşı dolananı yoxdu-yoxdu yerüzündә eyforiyası. 
O qәdәr şeylәr edirlәr ki, işçinin haqqı mәsәlәsi lap axırıncı mәsәlә olur etdiklәrinin qabağında. Kisәlәri yaşıllıqla dolu olub xalqa dәmir-dümür paylayanlardan biri olur. 
Deyirәm, heç bir şey yox e, bircә ay, heç olmasa yetimi-yesiri anlamalı olduğumuz bu mübarәk Ramazan ayında öz maaşlarına dolanalar. Düzdü, onların maaşları yüzlük mәrtәbәsindә deyil, minlik mәrtәbәlәrindә dolaşır, amma nәysә dә, öz halal maaşları ilә bircә ay dolanalar. Demirәm 300-500 alan yesirin halını anlayalar, amma heç olmasa halal çörәk necә olurdu, onu xatırlayalar, bәlkә yaşıllığın әtrinә qalib gәldi halal çörәyin buğda vә alın tәri qoxan әtri

Mәtn @symr_rc
Karikatura @huseynlicartoon

#huseynlicartoon #symrrc #Bakı #Azərbaycan #Azerbaijan #Baku #FəridHüseynli #Türkiye #aztagram #karikatura #karikatür #caricature #cartoon #Mizah #illustration #author #bookstagram #book
FƏRİD HÜSEYNLİ - @huseynlicartoon Instagram Profile - inst4gram.com
huseynlicartoon
32

Әhalinin rifah halını nәzәrә alarsaq, Azәrbaycan dövlәtini Avropanın hansısa nüfuzlu şәhәri ilә belә müqayisә edә bilmәrik. Ancaq mәmurların, şirkәt sahiblәrinin davranışlarını nәzәrә alanda deyә bilәrik ki, Avropanın әn nüfuzlu dövlәtlәrinin prezide

Keçәnlәrdә bir xәbәr çıxdı qarşıma: Xәtai sakinlәri gecә çöldә gecәlәyirlәr ki, binalarının hәyәtindәki ağacları kәsmәsinlәr. Әzizlәrim, biz nә vaxt, hansı ara bugünә düşdük? Bina tikib mәnzil satmaqla pul qazanmaq sevgimiz, bina tikintisinә icazә verilmәyәn yerlәrdә tikintiyә göz yummaqla pul qazanmaq sevgimiz gözümüzü bu qәdәrmi kor etdi ki, biz öz tәbiәtimizi yox etmәk bahasına beton yığını inşa edirik? Analoqu olmayan memari üslubumuz, şәhәr meriyasının ağ aqlay siyasәti şәhәri yetәrincә korlamadımı ki, hәlә biz bunun üstünә biraz da korlamağa davam edirik?
Abşeron Gәnclәr şәhәrciyindәn kimin yolu düşüb axır vaxtlar? O şәhәrcik planı memarlığın hansı sәhifәsindә yazılıb ki, 4 ildi memarlıq oxuyan dostum o şәhәrciyin standartlarını tapa bilmәyib? Balaca bir şey olsa, deyәrdik ki, görülmәyib, o böyüklükdә hәngamәni şәhәr icra hakimiyyәti necә olub ki görmәyib? Bәlkә, binalarla gözlәr arasına kağızdan pәrdә çәkildiyi üçün görülmәyib, ola bilәrmi?
O gәlәn turistlәr hansı ağılla bәyәnirlәr bu şәhәri, bax buna bir anlam verә bilmirәm dә mәn. Bәlkә, orada da bir kağızdan pәrdә var da, biz görmürük. Yәqin xatırlarsız, AzTV eyni insanı üç adda fәrqli ölkәlәrin vәtәndaşları kimi tәqdim edib şәhәrә tәrif yağdırtmışdı, görәsәn, nә qәdәr olub bu işin haqqı?
Mәnә bir şey çox maraqlıdır ki, bu kağızdan pәrdә nә vaxta qәdәr bәs edәcәk hәqiqәtlәrlә gözlәr arasındakı tәması gizlәmәyә? Bu betondan, qum buludundan, tozdan ibarәt analoqsuz şәhәrimizin nә vaxta kimi bu qәdәr insanı öz üstündә saxlamağa gücü çatacaq?

Mətn @symr_rc 
Karikatura @huseynlicartoon 
Diqqət!  Lazımsız reklamlar,  mənasız rəylər,  narahat edən taglara görə səhifəni izləməyənlər üçün rəy bölməsini bağladıq.  Rəy bildirmək üçün səhifəni izləyin. 
#huseynlicartoon #Bakı #Azərbaycan #Azerbaijan #Baku #FəridHüseynli #Türkiye #aztagram #karikatura #karikatür #caricature #cartoon #Mizah #illustration
FƏRİD HÜSEYNLİ - @huseynlicartoon Instagram Profile - inst4gram.com
huseynlicartoon
11

Keçәnlәrdә bir xәbәr çıxdı qarşıma: Xәtai sakinlәri gecә çöldә gecәlәyirlәr ki, binalarının hәyәtindәki ağacları kәsmәsinlәr. Әzizlәrim, biz nә vaxt, hansı ara bugünә düşdük? Bina tikib mәnzil satmaqla pul qazanmaq sevgimiz, bina tikintisinә icazә ve

Eh, Bakı, Bakı... sәndәn nә qәdәr danışsaq yeridir. Bәlkә dә, Nyu York'a bәs edәcәk qәdәr su kanalı çәkilib sәnә, amma hәlә dә suyun saatla gәldiyi bölgәlәrin var. Yorğun iş saatlarından sonra nәqliyyatdakı bütün tıxacları vә maneәlәri keçib sәnin suyunun altında duş qәbul etmәkçün nә әziyyәtlәr çәkdiyimi bir bilsәn...
Hәlә bilirsәn nә olub? Keçәn dәfә әsrlәrdir küçәlәrindә dolaşan o yalançı kimyaçılarından gәlmişdi. Qapını gözәl bir xanım döydü, filtrdi-miltrdi nәdirsә, ondan satdığını dedi, amma mәn eşitmәdim. Mәn hәmin vaxt o gözәl xanıma baxırdım vә icazә olarmı sözünü eşitdim. Razı oldum, az qala sәninlә bir ömür razıyam deyәcәkdim çaşıb, amma o, bilmirdi dәrdimin fıltr olmadığını. O getdi, o haqqında danışdığım kimyagәr hiylәgәri gәldi. Sәnin o gözәl suyunu kafir icadı elektrolizlә elә gözümdәn saldı ki, dedim bundan alacam. Lap elә o xanımın xәtrinә, özü burada olmasa da. Amma qiymәti dedi, başa düşdüm ki, illәrlә bu kirli suyunu içib böyrәklәrimi daşla doldursam belә, müalicәmә çıxacaq puldan daha baha bir zad imiş bu filtr. 
Dәyәrli dostlar, youtube kanalımızda hәrәkәtli karikatura top 5 videosu paylaşdıq. Fәaliyyәtimizi youtube üzәrinә keçirmәk әrәfәlәrindәyik, odur ki, kanalımıza abunә olub videolarımızı izlәmәyi, paylaşmağı vә dәstәk olmağı unutmayın. Dәstәk demişkәn, iki paylaşım әvvәlә biganә qalmamağınızı sizdәn çox xahiş edirik. 1, 2, 3 manat, gücünüz nәyә çatırsa, unutmayın ki, bu paylaşımı әn az 20-25 min adam görür.

Mətn @symr_rc 
Karikatura @huseynlicartoon 
Diqqət!  Lazımsız reklamlar,  mənasız rəylər,  narahat edən taglara görə səhifəni izləməyənlər üçün rəy bölməsini bağladıq.  Rəy bildirmək üçün səhifəni izləyin. 
#huseynlicartoon #Bakı #Azərbaycan #Azerbaijan #Baku #FəridHüseynli #Türkiye #aztagram #karikatura #karikatür #caricature #cartoon #Mizah #illustration
FƏRİD HÜSEYNLİ - @huseynlicartoon Instagram Profile - inst4gram.com
huseynlicartoon
27

Eh, Bakı, Bakı... sәndәn nә qәdәr danışsaq yeridir. Bәlkә dә, Nyu York'a bәs edәcәk qәdәr su kanalı çәkilib sәnә, amma hәlә dә suyun saatla gәldiyi bölgәlәrin var. Yorğun iş saatlarından sonra nәqliyyatdakı bütün tıxacları vә maneәlәri keçib sәnin su