@op.dr.ayulduz_abuseva - Dr.Ayulduz Abuşeva

🚺🚹🚼Bütün ginekoloji problemlərin həllini tapacağınız Doğru Ünvan 👩‍⚕️Doktor/Cərrah-Mama Ginekoloq 🏥Aysmed Klinikası 📞051-727-52-82
Advertisement
Kontrasaptiv vasitələrdən istifadə etmədən cinci həyat keçirib 12 ay müddətində qadının hamilə qalmaması sonsuzluq hesab olunur. Sonsuzluq yalnız tibbi problem deyil, o hən də sosial problemdir. Bu problemin rastgəlmə tezliyi 15% -dən çox olarsa ölkədə demoqrafik dəyişikliklər baş verər. Sonsuzluq problemin 35-40% -i qadınlarda, 30-35%-i kişilərdə olduğu zaman baş verir.
Qadın sonsuzluğunun əsas səbəbləri
– Endokrin sonsuzluq (35-40%)
– Boru-peritoneal amil (30-35%)
– Müxtəlif ginekoloji xəstəliklər (15-25%)
– Immunoloji səbəblər (2%)
– Psixogen amillər
Endokrin sonsuzluq ovulyasiya prosesinin pozulması ilə əlaqədardır, anovulyasiya, mentrual tsiklin lütein fazasının çatışmazlığı, ovulyasiya etməyən follikulun lüteinləşməsi sindromu.
Yumurtalıqların polikistoz sindromu reproduktiv yaşlı qadınlarda daha çox təsadüf olunan endokrin pozğunluqdur. Bu sindrom zamanı yumurtalığın həcmi böyüyür və qabığı qalınlaşır. Bu prosesin əsasında androgenlərin çoxluğu, insulinə rezistentlik, qonadotropinlərin patoloji dinamikası təşkil edir.
Anovulyar sonsuzluq reproduktiv sistemin istənilən səviyyəsinin zədələnməsi zamanı meydana gələ bilər. Daha çox təsadüf olunan səbəbləri bunlardır: hiperandrogeniya, hiperprolaktinemiya, hipoestrogeniya, maddələr mübadiləsinin pozulması, metabolik sindrom, İtsenko-Kuşing sindromu və xəstəliyi, hipo-hipertireoz.

Lütein fazanın çatışmazlığı nəticəsində embrionun implantasiyası pozulur və menstruasiyaya qədər hamiləliyin erkən itirilməsi baş verir.
Bu çatmazlıq hipotalamus-hipofiz-yumurtalıq sisteminin disfunksiyaları, travmalar, streslər, iltihabi proseslərin və peritoneal mayenin biokimyəvi dəyişikliklərinin təsiri nəticəsində baş verir.
Boru sonsuzluğuna aşağıdakılar aiddir:
– Uşaqlıq borularının cərrahi yolla çıxarılması
– Bitişmələr nəticəsində boru keçməzliyinin formalaşması
– Boruların funksional pozulmaları
Uşqlıq borularının keçməzliyinin ən çox təsadüf olunan səbəb infeksiyanın istənilən növü ilə xüsusən vərəm, cinsi yolla keçən infeksiyalar – süzənək, xlamidiyaların təsiri ilə yaranmış bitişmə prosesidir. Süni abortlar və doğuşlardan sonra qarışıq infeksiyalar tərəfindən törədilən endometritlər, salpingitlər, saktosalpingitlərin for
Dr.Ayulduz Abuşeva - @op.dr.ayulduz_abuseva Instagram Profile - inst4gram.com
op.dr.ayulduz_abuseva
0

Kontrasaptiv vasitələrdən istifadə etmədən cinci həyat keçirib 12 ay müddətində qadının hamilə qalmaması sonsuzluq hesab olunur. Sonsuzluq yalnız tibbi problem deyil, o hən də sosial problemdir. Bu problemin rastgəlmə tezliyi 15% -dən çox olarsa ölkə

Mensturasiya (aybaşı) endometriumun funksional qatının deskvamasiya və regenerasiyasını ifadə edir. Sarı cismin yetişməsi və cinsi steroidlərin miqdarının kəskin azalması ilə əlaqədar endometriumda hipoksiya artır. Qanın durğunluğuna və trombların əmələ gəlməsinə gətirib çıxaran arteriyaların uzunmüddətli spazmı aybaşının başlamasına səbəb olur. Endotelin keçiriciliyinin artması, damarların divarlarının kövrəkliyi, çoxsaylı kiçik qansızmalar və böyük leykositar infiltirsiya toxumaların hipoksiyasını daha da dərinləşdirir. Damarların uzunmüddətli spazmından sonra onların güclü qan axını ilə səciyyələnən paretic genişlənməsi əmələ gəlir. Bu zaman mirosirkulyator dövranda hidrostatik təzyiqin artması baş verir ki, həmin zaman damarların divarı öz bərkliyini itirir, onların cırılması baş verir, aybaşı prosesi başlayır.
Aybaşının birinci sutkasının sonunda funksional qatın üçdə iki hissəsi qopur, tam deskvamasiya isə 3-cü gün başa çatır. Fizioloji şəraitdə tsiklin 4-cü günü selikli qişanın yara səthi bütövlüklə epitelizasiya olunur.
Aybaşı tsikli qızlarda normal halda 12-13 yaşlarından başlayır və 28-30 gündən bir təkrarlanır.
Dr.Ayulduz Abuşeva - @op.dr.ayulduz_abuseva Instagram Profile - inst4gram.com
op.dr.ayulduz_abuseva
0

Mensturasiya (aybaşı) endometriumun funksional qatının deskvamasiya və regenerasiyasını ifadə edir. Sarı cismin yetişməsi və cinsi steroidlərin miqdarının kəskin azalması ilə əlaqədar endometriumda hipoksiya artır. Qanın durğunluğuna və trombların əm

Uşaqlıqdan kənar hamiləlik.
Ümumi məlumat:
Yumurtahüceyrə spermatozoidlə mayalandıqdan sonra uşaqlığa düşür və onun divarına bitişir ki, burada da dölün inkişafı baş verir. Uşaqlıqdan kənar hamiləlikdə mayalanmış yumurtahüceyrə uşaqlıq borusuna bitişir, nadir hallarda bu proses yumurtalıqda, bəzən isə qarın boşluğunda baş verir. Ən çox 25 – 30 yaşlarda rast gəlinir.
Səbəbləri:
-uşaqlıq borularında iltihab, bu zaman onun divarı normadan fərqli olaraq yığılmır, buna görə də mayalanmış yumurtahüceyrə uşaqlığa keçə bilmir. Ən çox rast gəlinən səbəbi budur:
– qarındakı bitişmələr – yumurtalıq boruları qonşu orqanlara bitişir, bu da yumurtahüceyrənin hərəkətinə mane olur.
– hormonal və iltihabi xəstəliklər zamanı yumurtalıqların işinin pozuıması
– cinsiyyət sisteminin inkişafdan qalması, bu da yumurtalıqların funksiyalarını zəiflədir
– tez-tez baş verən abortlar
– uşaqlıq borularının endometriozu – uşaqlığın selikli qişası pozulur, buna görə də usaqlıq borularının mənfəzi tutulur, bu da onların keçiriciliyini pozur
– uşaqlıq və uşaqlıq borularının şişləri
– bağırsaqların, sidik kisəsinin, appendiksin iltihabı
Əlamətləri:
Bu zaman hamiləliyə xas əlamətlər baş verir, lakin 5-6 həftədən çox çəkmir. Aybaşı dayanır, süd vəziləri böyüyür, onlarda molozivo xaric olur, ürəkbulanma, qusma olur. Hamiləlik testi müsbət olur. Normal hamiləlikdən fərqləndirmək çox çətindir, ancaq ginekoloq müayinə zamanı aşkar edə bilər.
Ağırlaşmaları:
Əsas ağırlaşması hamiləliyin özbaşına kəsilməsidir. Bu vəziyyət qəflətən baş verir, qadının vəziyyəti birdən pisləşir, onun ölümünə səbəb ola bilər. Ən təhlükəli variant uşaqlıq borusunun partlamasıdır ki, bu da çox vaxt defekasiya, fiziki iş zamanı baş verə bilər. Bu zaman qadın qarnın aşağı hissəsində güclü ağrı hiss edir, dərisi solğunlaşır, onu soyuq tər basır. Arterial təzyiq aşağı düşür, çoxlu qan itirmədən qadın huşunu itirir. Boru abortunda boru partlayır, qadınlarda tutma şəkilli ağrılar, uşaqlıq yoluna az miqdar qanaxmalar olur. Bunun nəticəsində tədricən uşaqlığa qan toplanır, bu da qadının solğunlaşmasına, zəifliyinə gətirib çıxarır.
Siz nə edə bilərsiniz:
Sərbəst müəyyən edə biməzsiniz. Əgər test müsbətdirsə mütləq həkimə müraciət edin.
Dr.Ayulduz Abuşeva - @op.dr.ayulduz_abuseva Instagram Profile - inst4gram.com
op.dr.ayulduz_abuseva
0

Uşaqlıqdan kənar hamiləlik. Ümumi məlumat: Yumurtahüceyrə spermatozoidlə mayalandıqdan sonra uşaqlığa düşür və onun divarına bitişir ki, burada da dölün inkişafı baş verir. Uşaqlıqdan kənar hamiləlikdə mayalanmış yumurtahüceyrə uşaqlıq borusuna bitiş

Keçmiş hamiləmin -Zeynəbimin mənə yolladığı gözəl müsbət enerji bu günümə xoş başlanğıc oldu . P.S.Bütün pasientlərimdən xoş xəbərlər almaq diləyi ilə. Sizin Dr.Ayulduz️
Dr.Ayulduz Abuşeva - @op.dr.ayulduz_abuseva Instagram Profile - inst4gram.com
op.dr.ayulduz_abuseva
3

Keçmiş hamiləmin -Zeynəbimin mənə yolladığı gözəl müsbət enerji bu günümə xoş başlanğıc oldu . P.S.Bütün pasientlərimdən xoş xəbərlər almaq diləyi ilə. Sizin Dr.Ayulduz️

Baku, Azerbaijan
Hamiləlik və Doğum üçün optimal yaş neçədir...🤔
...................................................
Hər bir xanım üçün məncə bu sual maraqlıdır
Erkən hamiləlik-16-18 yaş arası.Bu qadın orqanizmi üçün çox erkəndir.Orqanizmin fiziki inkişafı hələ davam edir,hormonal fon hələ tam formalaşmayıb.
20-25 yaş-Həkimlərin fikrincə ana olmaq üçün ən optimal və uyğun yaş hesab olunur.Orqanizm tam formalaşıb.
30-35 yaş və sonra olan hamiləlik.Müasir zamanın ən aktual məsələsi sayıla bilər.Karyerasının qurulmasını gözləyən xanımların seçimi deyə bilərik.Bu zamankı hamiləlik erkən hamiləlikdən daha təhlükəli hesab edilə bilər,çünki,yumurta hüceyrə öz keyfiyyətini itirir və bu zaman sağlam körpə dünyaya gətirmək problemi yarana bilər.Lakin müasir tibb bütün bu problemlərin həll yollarını axtarıb tapmaqla məşğuldur.
P.S.Gözəl xanımlarımız,ürəkli olun,Ana olmaq gözəldir
Dr.Ayulduz Abuşeva - @op.dr.ayulduz_abuseva Instagram Profile - inst4gram.com
op.dr.ayulduz_abuseva
1

Hamiləlik və Doğum üçün optimal yaş neçədir...🤔 ................................................... Hər bir xanım üçün məncə bu sual maraqlıdır Erkən hamiləlik-16-18 yaş arası.Bu qadın orqanizmi üçün çox erkəndir.Orqanizmin fiziki inkişafı hələ davam

Yay mövsümündə qadınlara təhlükə yaradan nüanslar
................................................
Məzuniyyət zamanı qadın xəstəlikləri mövzusu daima aktual olub.
Təbii su hövzələri (dəniz,göl,çay)
Bildiyimiz kimi təbii hövzələrdə müxtəlif bakteriyalar,viruslar yaşayır.Onlardan ən yayılmışı-Bağırsaq çöpləridir ki,qalxan yolla sidik kisəsinə qalxaraq simptomsuz bakteriuriya və s problemlər yarada bilir.
Əsas təhlükəni də durğun sular təşkil edir.Lakin bu o demək deyildir ki,xanımlar təbii su hövzələrinə girə bilməzlər-Sadəcə diqqətli olun və problemi gördükdə həkimə müraciət edin
Üzgüçülük hovuzları (xlor,PH sərtliyi,natəmizlik).Ən yaxşı halda kandidozun yaranmasına səbəb olur.Düzgün seçilmiş hovuz,sağlam qalmağınıza yardımçı olacaqdır.
Çimərlik geyimi.Ümumiyyətlə heç bir mənfi təsiri yoxdur-əgər qurudursaYaş çimərlik geyimi və günəş şüaları bakteriya və virusların inkişafı və çoxalması üçün əlverişli şərait yaradır -Nəm və İsti.Bu da öz növbəsində,Vulvit,vulvovaginit və s yaradır.İslanmış və soyumuş çimərlik geyimi orqanizmin soyuqlamasına da şərait yaradır.
.....................................................
P.S. İstirahət edərkən də zərif və həssas varlıq olduğumuzu unutmayaq
Dr.Ayulduz Abuşeva - @op.dr.ayulduz_abuseva Instagram Profile - inst4gram.com
op.dr.ayulduz_abuseva
2

Yay mövsümündə qadınlara təhlükə yaradan nüanslar ................................................ Məzuniyyət zamanı qadın xəstəlikləri mövzusu daima aktual olub. Təbii su hövzələri (dəniz,göl,çay) Bildiyimiz kimi təbii hövzələrdə müxtəlif bakteriyal

Advertisement
Yeni nəsil ️.100% Mənim Pişiklərimdənbiridir
Dr.Ayulduz Abuşeva - @op.dr.ayulduz_abuseva Instagram Profile - inst4gram.com
op.dr.ayulduz_abuseva
2

Yeni nəsil ️.100% Mənim Pişiklərimdənbiridir

Belə Şirin Qonaqlardan gündə 100-ü gəlsin.
Dr.Ayulduz Abuşeva - @op.dr.ayulduz_abuseva Instagram Profile - inst4gram.com
op.dr.ayulduz_abuseva
3

Belə Şirin Qonaqlardan gündə 100-ü gəlsin.

AYS MED
Advertisement
Endokrin sistemin pozulmaları səbəbli baş verən qadın xəstılikləri hipofizin,böyrəküstü vəzin,yumurtalıqların funksiyasının pozulması zamanı baş verir.Bu səbəbdən baş verən xəstəliklər qadınlarda hamiləliyin baş verməməsinə,aybaşı pozğunluqlarına və hətta qadınların xarici görünüşündə baş verən dəyişiklikərə səbəb olur.Hormonal sistemdə baş verən pozğunluqlar qadınların cinsi həyatına da mənfi təsir edir.Endokrin səbəbli baş verən qadın xəstəlikləri anadangəlmə və qazanılma ola bilir.Bu xəstəliklər sonsuzluğa,piylənməyə səbəb olur.
Dr.Ayulduz Abuşeva - @op.dr.ayulduz_abuseva Instagram Profile - inst4gram.com
op.dr.ayulduz_abuseva
0

Endokrin sistemin pozulmaları səbəbli baş verən qadın xəstılikləri hipofizin,böyrəküstü vəzin,yumurtalıqların funksiyasının pozulması zamanı baş verir.Bu səbəbdən baş verən xəstəliklər qadınlarda hamiləliyin baş verməməsinə,aybaşı pozğunluqlarına və

️Bu günkü pasientim uzun müddət anal çatdan əziyyət çəkmiş,iki il öncə Hemorroidektomiya və anal çatın ləğvi əməliyyatı keçirmişdir.Mənə müraciət edəndə son bir neçə aydır anal nahiyyədən irinli ifrazatın gəldiyini bildirdi.Müayinə nəticəsində Pararektal fistula olduğunu müəyyən etdim.Əməliyyat nəticəsində həm Pararektal fistula gedişi boyunca ləğv olundu,sfinkteroplastika edildi.Görünən iki hemorroidal düyün də ləğv edildi.  P.S. ️️Gözəl xanımlarımız əgər bu cür problemlə rastlaşıblarsa,heç narahat olmasınlar.Yanınızda probleminizi deyə biləcəyiniz və həll edə biləcək doktorunuz-Ayulduz Dr.varsa-Utanmağa səbəb yoxdur️
Dr.Ayulduz Abuşeva - @op.dr.ayulduz_abuseva Instagram Profile - inst4gram.com
op.dr.ayulduz_abuseva
2

️Bu günkü pasientim uzun müddət anal çatdan əziyyət çəkmiş,iki il öncə Hemorroidektomiya və anal çatın ləğvi əməliyyatı keçirmişdir.Mənə müraciət edəndə son bir neçə aydır anal nahiyyədən irinli ifrazatın gəldiyini bildirdi.Müayinə nəticəsində Parare

NewMed klinikası
Hamiləlikdəki skrininq testinin nəticələri (ikili testin nəticəsi, üçlü testin nəticəsi), dəqiq diaqnozu deyil, mümkünlüyü və ya riski əks etdirir. Riskin artmasından bəhs olunursa dəqiq diaqnoz üçün yüksək səviyyəli testlər (CVS, amniosintez)  etdirməyə dair qərar verə bilərsiniz.Üçlü testin nəticəsi yüksək çıxdığı zamanı hamiləliyin irəliləyən həftəsi olduğu üçün (hamiləliyin 15-ci həftəsindən sonra) ediləcək sonrakı mərhələ testi amniosintezdir. Sonrakı mərhələ testi və ya perinatal diaqnoz deyilən bu yoxlamalar (CVS, amniosintez)  skrininq  testlərinə görə daha dəqiq nəticə verir. Amniosintezdə amnion mayesindən götürülən nümunədən  körpənin xromosom quruluşu müəyyən olunur. Amniosintez tətbiq olunan hər 200 qadından 1-də uşaqsalma riski vardır.
Dr.Ayulduz Abuşeva - @op.dr.ayulduz_abuseva Instagram Profile - inst4gram.com
op.dr.ayulduz_abuseva
0

Hamiləlikdəki skrininq testinin nəticələri (ikili testin nəticəsi, üçlü testin nəticəsi), dəqiq diaqnozu deyil, mümkünlüyü və ya riski əks etdirir. Riskin artmasından bəhs olunursa dəqiq diaqnoz üçün yüksək səviyyəli testlər (CVS, amniosintez)  etdir

Bəzən normal hesab olunan axıntılar, tam əksinə ciddi bir problem olması haqqında həyəcan təbili ola bilər.Bu durumda da ginekoloqa müraciət mütləqdir.

Vaginal nahiyədə ağrı və narahatlıq hissi, xarakterik olan turşu qoxulu və forması isə qatı kefir kimidirsə bu əlamətlər maya göbəliyinin əlamətləridir.

Parlaq rəngli və xoş olmayan qoxulu axıntılar ifraz olunursa, bu vəziyyətdə də həkimə müraciət etmək lazımdır.
Dr.Ayulduz Abuşeva - @op.dr.ayulduz_abuseva Instagram Profile - inst4gram.com
op.dr.ayulduz_abuseva
0

Bəzən normal hesab olunan axıntılar, tam əksinə ciddi bir problem olması haqqında həyəcan təbili ola bilər.Bu durumda da ginekoloqa müraciət mütləqdir. Vaginal nahiyədə ağrı və narahatlıq hissi, xarakterik olan turşu qoxulu və forması isə qatı kefir

İşini sevən️ yoruldum deməz️️
Dr.Ayulduz Abuşeva - @op.dr.ayulduz_abuseva Instagram Profile - inst4gram.com
op.dr.ayulduz_abuseva
3

İşini sevən️ yoruldum deməz️️

Baku Medical Plaza
Ovulyasiya zamanı böyümüş follikul yumurtalığın qişasını yırtaraq yumurtalıqdan çıxır. Lakin bəzən ovulyasiya zamanı yumurtalıq partlaya bilər. Buna tibbdə «yumurtalığın apopleksiyası» deyilir. Bu zaman qan qarın boşluğuna tökülür və bunun nəticəsində qadında peritonit inkişaf edir. Bu pozulmanın yeganə müalicə üsulu təcili cərrahiyyə əməliyyatıdır. Partlamış yumurtalıq tıkılır, qarın boşluğu qandan təmizlənir və xüsusi dezinfeksiya məhlullarla işlənilir.

Yumurtalığın partlaması bir çox hallarda cinsi əlaqədən və ya trenajorlarda çox fəal şəkildə məşğul olduqdan qadında sonra inkişaf edir. Lakin bəzən bu pozulma «səbəbsiz olaraq» da inkişaf edə bilər.

Yumurtalığın partlanmasının əsas simptomları qəflətən əmələ gələn güclü ağrılar (ağrılan zədələnmiş yumurtalığın tərəfində olur), halsızlıq, başgicəllənməsi, bəzən bayılma, qusma, təzyiqin aşağı düşməsi, nəbzin tezləşməsi, bəzən qanlı ifrazatların olması və s.
Dr.Ayulduz Abuşeva - @op.dr.ayulduz_abuseva Instagram Profile - inst4gram.com
op.dr.ayulduz_abuseva
0

Ovulyasiya zamanı böyümüş follikul yumurtalığın qişasını yırtaraq yumurtalıqdan çıxır. Lakin bəzən ovulyasiya zamanı yumurtalıq partlaya bilər. Buna tibbdə «yumurtalığın apopleksiyası» deyilir. Bu zaman qan qarın boşluğuna tökülür və bunun nəticəsind

Gözəlim Gülşən bu dəfə Həkim yox,Pasient və Ana qismində.Həkim-pasient çox gözlədik...çox yorulduq...amma buna dəyərmiş.Tikişsiz,travmadız doğum sonunda balaca qızımızı əlimizə aldıq. P.S. Çox şanslı Həkimlərdənəm ki,Həkimlər öz həyatlarını mənə həvalə edə bilirlər.Tanrıma Təşəkkürlər️
Dr.Ayulduz Abuşeva - @op.dr.ayulduz_abuseva Instagram Profile - inst4gram.com
op.dr.ayulduz_abuseva
11

Gözəlim Gülşən bu dəfə Həkim yox,Pasient və Ana qismində.Həkim-pasient çox gözlədik...çox yorulduq...amma buna dəyərmiş.Tikişsiz,travmadız doğum sonunda balaca qızımızı əlimizə aldıq. P.S. Çox şanslı Həkimlərdənəm ki,Həkimlər öz həyatlarını mənə həva

Baku Medical Plaza
Ayulduz Abuşeva - Ginekoloq
Dr.Ayulduz Abuşeva - @op.dr.ayulduz_abuseva Instagram Profile - inst4gram.com
op.dr.ayulduz_abuseva
6

Ayulduz Abuşeva - Ginekoloq

Hamiləlik dövründə qadınar bir çox narahatlıqlarla üzləşirlər. Toksikoz, qəbizlik, həddindən çox yorğuluq, yaxud yanaşı gedən xəstəliklər onları rahat buraxmır. 
Bəzən qadınlar bu cür hallarla mübarizə aparmaq məqsədilə internətə - müxtəlif forumlara, qadın sağlamlığına aid saytlara, sosial şəbəkələrə müraciət edirlər və təəssüf ki, orada yazılan pəhriz və ya hansısa müalicə üsulunu özbaşına tətbiq edirlər. Bu, qətiyyən yolverilməzdir!

Dəyərli xanımlar, nəzərə alın ki, hər bir orqanizm fərdidir. İnternetdə yazılanlar bir qadına fayda verdiyi təqdirdə, digərində ağır fəsadlar yarada bilər. Ona görə də vacibdir ki, pəhriz, müalicə, idmsan və . haqqında məsləhət üçün təcrübəl ginekoloqa müraciət edəsiniz.
Dr.Ayulduz Abuşeva - @op.dr.ayulduz_abuseva Instagram Profile - inst4gram.com
op.dr.ayulduz_abuseva
0

Hamiləlik dövründə qadınar bir çox narahatlıqlarla üzləşirlər. Toksikoz, qəbizlik, həddindən çox yorğuluq, yaxud yanaşı gedən xəstəliklər onları rahat buraxmır. Bəzən qadınlar bu cür hallarla mübarizə aparmaq məqsədilə internətə - müxtəlif forumlara

Hamiləlik dövründə qidalanma qadın üçün xüsusi əhəmiyyət daşıyır. Çünki orqanizm dölün inkişafına və qidalanma prosesinə hazırlaşır, uşaqlıq və plasentanın toxumaları formalaşır, eləcə də qan dövranı güclənir.

Çəkinin norma çərçivəsində artması qadının sağlamlığına müsbət təsir göstərir və ağırlaşma risklərini azaldır. 
Yeni aparılmış tədqiqatlar göstərir ki, gələcək ananın hamiləlik dövründə qidalanması, çəki artımı tempi və qida vərdişləri embrionun koqnitiv inkişafına (informasiyanın beyin tərəfindən qəbulu və analizi, yaddaş, məntiq və s.) birbaşa təsir göstərir. 
Ona görə də hamilə qadın daim sağlamlığı, qida vərdişləri, məsələn, vegetereanlıq və ya veqanlıq, qida allergiyaları, həzm problemləri, xüsusi pəhrizlər barəsində tibbi personala məlumat verməlidir.

#ayulduzabuseva#ginekoloq#aysmedklinikasi#qadinxestelikleri#hamilelikfaydaliqida#ushaqliqyolusallanmasi#qardnerelyoz#aysmed#dogushsonrasidepressiya#depressiya#düzgünqidahamilelik#aysmedginekologiya#
Dr.Ayulduz Abuşeva - @op.dr.ayulduz_abuseva Instagram Profile - inst4gram.com
op.dr.ayulduz_abuseva
0

Hamiləlik dövründə qidalanma qadın üçün xüsusi əhəmiyyət daşıyır. Çünki orqanizm dölün inkişafına və qidalanma prosesinə hazırlaşır, uşaqlıq və plasentanın toxumaları formalaşır, eləcə də qan dövranı güclənir. Çəkinin norma çərçivəsində artması qadı